Dünyada istifadə olunan vaksin sayı 7 milyardı ÖTDÜ

Dünyada koronavirusa qarşı istifadə olunan vaksin dozalarının sayı 7 milyardı ötüb.

 

Müstəqil.az xəbər verir ki, Peyvənd olunanların sayına görə birinci yerdə Çin (2,3 milyard), ikinci yerdə Hindistan (1,1 milyard) və ABŞ (0,4 milyard) gəlir. Bir çox ölkələr yalnız istifadə edilən peyvəndlərin sayını bildirdiyinə görə, neçə nəfərin peyvəndin tam kursunu tamamladığını müəyyən etmək mümkün deyil.

 

Vaksinasiya kampaniyasının tempi getdikcə azalır, əvvəlki milyard doza dərmanlar 29 gündə, sonrakıları isə 37 gün ərzində istifadə edilib.Malta və Birləşmiş Ərəb Əmirlikləri artıq əhalinin təxminən 90 faizini peyvənd edib.

 

Qeyd edək ki, Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 9 660 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 418, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 402 450 təşkil edir.(Modern.az)

Share: