Daha bir ərəb ölkəsi Livan səfirini qovdu

BƏƏ vətəndaşlarına Livana səfərini qadağan edib

Səudiyyə Ərəbistanı və Küveytdən sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də Livandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Bu barədə BƏƏ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmçinin Əbu-Dabi vətəndaşlarının Livana səfərinə qadağa qoyulduğu bildirilir.

Qeyd edək ki, oktyabrın 29-da Səudiyyə Ərəbistanı məsləhətləşmələr üçün Livandakı səfirini geri çağırıb və Livan səfirinin ölkəni tərk etməsini tələb edib.

Oktyabrın 30-da isə Küveyt Xarici İşlər Nazirliyi öz səfirini Beyrutdan geri çağırıb.

Məlumat üçün bildirək ki, Bəhreyn də Livan səfirinin ölkədən çıxarılması barədə qərar qəbul edib.

Xatırladaq ki, Livanın informasiya naziri Corc Kardahi Səudiyyə Ərəbistanı koalisiyasının Yəməndəki hərəkətlərini təcavüz adlandırandan sonra ərəb ölkələri səfirlərini geri çağırıb.REAL

Share: