Zəfər yarmarkasının 2-ci günü – VİDEO

Yarmarka ziyarətçilərin böyük marağına səbəb olub

Zəfər yarmarkasının 2-ci günü – Yarmarka ziyarətçilərin böyük marağına səbəb olub

Yarmarka müddətində müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı reallaşdırılır.

Hərbi texnikaları ancaq televiziyadan izləyən uşaqlar bu yarmarkaya xüsusi maraq göstərirlər.

Yarmarkaya regionlardan da müəllimləri ilə birgə səfər edən məktəblilər var idi.

Yarmarka yerli sakinlərlə yanaşı xarici vətəndaşların da diqqətini cəlb edib.

Yarmarkada əldə olunan gəlirlər qazilərin və şəhid ailə üzvlərinin müraciətlərinin təmin olunması üçün “YAŞAT” Fonduna ianə olunacaq.

Qeyd edək ki, yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasıdır.

Yarmarka boyunca ASAN radio və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən axşam saatlarında konsert tədbirləri təşkil olunur.
“Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda keçirilən yarmarka noyabrın 9-a qədər davam edəcək.REAL

Share: