Sabir Rüstəmxanlı ölkədəki bahalaşmaya etiraz etdi

“Bizdə büdcənin müzakirələri çox qısa keçir”.

Müstəqil.Az  APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat təklif edib ki, büdcə müzakirələrinə ayrılan vaxt uzadılsın:

“Burada olan deputatların hər birinin seçildiyi dairənin problemlərini səsləndirmək, bu məsələlərin büdcədə yer almasını istəyirlər”.

S.Rüstəmxanlı eyni zamanda qiymət artımı ilə bağlı dinləmə keçirilməsini də təklif edib:

“Bu, əhalini ciddi narahat edir. Qiymətlərin artmasının əsası olub-olmaması ilə bağlı yığıncaq keçirməliyik”.

 

“Ölkədə bahalaşma ildırım sürəti ilə gedir. Benzin qalxan kimi hər şey qalxır. Təklif edirəm  ki,  bu məsləyə ayrıca yığıncaq təşkil edək və bilək ki, əhalinin real gəliri ilə qiymətlərin artması uyğundur ya yox”.

Share: