ABŞ-da təyyarə qəzası – ÖLƏNLƏR VAR

ABŞ-ın Corciya ştatında kiçikhəcmli təyyarə qəzaya uğrayıb.

Müstəqil.az xəbər verir ki, hadisə barədə FOX 5 telekanalı məlumat yayıb.

Bildirilib ki, birmühərrikli təyyarə yerə çırpılaraq partlayıb və alovanıb.Nəticədə təyyarədə olan 4 nəfər həlak olub.

Hadisə yerli hava limanı yaxınlığında baş verdiyindən aeroportun fəaliyyəti müvəqqəti dayandırılıb.

Share: