İranda yeni qadağalar…

İran İslam Respublikası Radio və Televiziya Şurası qadınlarla bağlı yeni qadağaları elan edib.

Müstəqil.Az Publika.az xəbər verir ki, İranın rəsmi telekanalı vasitəsilə yeni qərarla qadınların ekran önündə pizza və sendviç yeməsi yasaqlanıb.

Bundan başqa, televiziyada qadınların dəri əlcək geyinməsi və qırmızı rəngli içkilər içməsi də qadağan olunub.

İş yerlərində kişilərin qadınlara çay verdiyi əks etdirən səhnələr tam qadağan edilib.

Share: