Türkiyə Azərbaycana görə İranla bütün sərhədlərini bağladı

Türkiyə İranla sərhəddə yerləşən bütün Gömrük-Keçid Məntəqələrini bağlayıb. 

Müstəqil.Az xəbır verir ki, bu haqda rus mediasına açıqlamasında İranla Ticarət Əlaqələrinin İnkişaf Asossasiyasının rəhbəri Özcan Alaş deyib.

Onun sözlərinə görə, belə bir addımın atılmasının səbəblərindən biri İranın türk yük maşınlarına öz ərazisindən keçmə qadağası qoymasıdır. Lakin o, əsl məsələnin bununla bağlı olmadığını deyib. “Türkiyə ilə İran arasında ticarət əlaqələri tamamilə dayandırılıb. Bunun əsas səbəbi İran-Azərbaycan münasibətləri və sərhəddində yaşanan gərginlikdir”.

Xatırladaq ki, İran tərəfi bir neçə gün əvvəl koronovirusun geniş yayılması səbəbini əsas gətirərək, Türkiyə ilə bütün sərhədlərini bağlamışdı.

Share: