“Mən, qadınların tərəfindəyəm”- Məhəmməd Çalğının yeni şeir kitabı

Tanınmış Cənubi Azərbaycan şairi Məhəmməd Çalğının yeni- “Mən, qadınların tərəfindəyəm” şeirlər kitabı işıq üzü görüb.
Müstəqil.Az bütöv Azərbaycan həsrətli şairimizi təbrik edir və kitabdan bir neçə şeiri təqdim edir.

Mən, qadınların tərəfindəyəm

Dünya,

Dişarıdakı azad insanların əlindən cana gəlibdir,

Mən, Siyasi məhbusların tərəfindəyəm.

 

Yaxama fəxri kağızlar yapışdırmayın lütfən, Akademik insanlardan ağlım bir şey kəsmir, Mən, savadsız insanların tərəfindəyəm.

Günəşin üstümüzə şərit sallamasından deyil Mən, qaranlığın tərəfindəyəm.

 

Ərkəklər, sizlərə güvənə bilmirəm artıq Mən, qadınların tərəfindəyəm.

Dünyanı bu günə salan çox bilənlərdir Mən, bilməyənlərin tərəfindəyəm.

Çox danışanların yox, Susanların tərəfindəyəm.

İnsanlarda nə var ki? Bə-şər gözəldir Şeirdə nə var ki?

Şər gözəldir.

 

Məhbub insanlar, iki üzlü olurlar Mən, tanınmayanların tərəfindəyəm.

 

Gözəlləri hər kəs sevir,

Mən, çirkinlərin tərəfindəyəm.

 

Adamsızların tərəfində, Uduzanların tərəfində, Sevilməyənlərin tərəfindəyəm.

 

Hey!.. Sevilmiyənlər, Hey!..

Uduzanlar Hey!..

Adamsızlar

Mən, sizlərin tərəfindəyəm, Yəni…

Sizləri çox sevirəm.

 

Ürəyimdə bir xanım var

Ürəyimdə bir xanım var… Mənim əllərimi,

Balıqların səslərinə qədər uzadar

Və əmniyyət qüvvələrinin gözlərindən uzaq Sinəsində bir cüt casus quş yaşadar

Ürəyimdə bir xanım var… Gözləri,

İranın qüds ordusudur

Və mən, xiyabandakı əlləri silahsız bir etirazçı

Bulutların kölgəsinə sığınıram tənhalığımdan.

Ürəyimdə bir xanım var… Günəş oğrusudur,

Hər axşam çağı,

Günəşi oğurlayıb, üfüqlərimi yaxar Və hər sabah çağı,

Günəşi gətirib, yaxama taxar

Ürəyimdə bir xanım var,

Əgər cürətim olsa

Adını bu şeirdə yazaram.

Əgər qüdrətim olsa

Yəni padişah olsam əgər,

 

Bütün şeirlərin adını ARENA yazaram, Və bütün kitabların adını yazaram.

ARENA və ÇALĞIN.

Share: