Aypara Ayxan “Mutasiya”nı təqdim edəcək…

 

Müstəqil.Az xəbər verir ki, gənc yazar Aypara Ayxanın “Mutasiya” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

Kitabın redaktoru tanınmış, sevilən şair Ayaz Arabaçıdır, kitab “Mücrü” nəşriyyatında çap olunmuşdur.

“Mutasiya”  müəllifin ilk kitabı, oxucularla ilk görüşüdür.

02 oktyabr, 2021-ci il, saat 14:00-da “Azərkitab Kitab Təbliğat Mərkəzində”  kitabın təqdimat mərasimi və imza günü keçiriləcəkdir.

 

Bütün ədəbiyyatsevərlər  dəvətlidir.

Gənc, istedadlı şair Aypara Ayxana yaradıcılıq uğurları və böyük oxucu kütləsi arzulayırıq.

 

Aysel Səfərli

 

Müstəqil.Az

Share: