ABŞ-da atışma: xəsarət alanlar var

ABŞ-ın Virciniya ştatının Nyuport-Nyus şəhərində, ali məktəbdə atışma olub. Bu barədə yerli polisin tvitter səhifəsində bildirilir.

Məlumata görə, atışma zamanı azı 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Hadisə ilə əlaqədar tələbələr məktəbin binasından təxliyə edilib və tennis meydançasına yerləşdirilib.

Müstəqil.Az

Share: