Ramin Bayramlı istefa verdi

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verib.

Müstəqil. Az xəbər verir ki, bununla bağlı o, özünün Tvitter hesabında yazıb.

“Hörmətli dostlar!

Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm.

Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm”, – Bayramlı qeyd edib.

Müstəqil. Az

Share:

Author: Müstəqil AZ