Bu ölkələr Şengen zonasına daxil ola bilər

Çexiya Baş naziri Andrey Babiş Şengen ölkələri sırasına Bolqarıstan, Rumıniya, Xorvatiya və Serbiyanın da əlavə olunması barədə çağırış edib.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, A.Babişin sözlərinə görə, bu baş versə Balkan yarımadası ölkələrinin yardımı Avropa İttifaqının qanunsuz miqrasiya ilə mübarizə üçün aydın strategiyası olacaq. O qeyd edib ki, Avropa qeyri-qanuni miqrasiyadan qorunmalıdır. “2015-ci ildə Şengen bölgəsi effektivliyini nümayiş etdirməyib. Macarıstan o vaxt təsirli olduğunu sübut edən yeganə ölkə idi”, – deyə baş nazir bildirib.

Siyasətçi bu problemləri Sloveniyanın Bled şəhərində başlayan “Strateji Forum” adlı beynəlxalq siyasi elm konfransında qaldırıb.

 

Müstəqil.Az

Share: