Görün Jirinovski Qazax xalqını necə təhqir edir – VİDEO

Azərbaycan xalqına qarşı əndazəni aşan çıxışları ilə son günlər yenidən gündəmə gələn Rusiya Liberal Demokrat Partiyasının sədri,  Rusiya Federasiyası Dövlət Dumasıın sədr müavini Vladimir Jirinovskinin daha kimləri hədəfə almayıb… 

Müstəqil.Az Turkustan.az -a istinad edərək xəbər verir ki, daha çox müstəqilliyini əldə etmiş post-sovet ölkələrini hədəf alan Jirinovski, sanki, hamının Rusiyaya minnətdar olduğunu təbliğ edir, müstəqli ölkələri və xalqları mədəniyyətsiz, tarixsiz kütlələlər olaraq aşağılayır.

Jirinovskinin hədəflərindən biri də qardaş Qazaxıstan dövləti, Qazax türkləridir. Hələ bir neçə il əvvəl bu bədnam ideoloq Rusiyanın Qazaxıstanı işğal etməsini təklif etmişdi. O bildirirdi ki, “”Qazaxıstanın bütün dərsliklərində anti-rus əhval-ruhiyyəsi var. Rusiya Qazaxıstanı işğal etməyib, əksinə köməyə gəldi, yoxsa cunqarlar qazaxları öldürürdü. Rus ordusu da cunqarları qovdu və indi onlar Çində oturublar. Qazax ulusu da rus çarına müraciət edərək, ona yalvardılar, ayaqlarına düşdülər. Çar da ordu göndərib Şimali Qazaxıstanı azad etdi”.

İştirak etdiyi bir televiziya proqramında isə Jirinovski Qazax xalqı, onun keçmişi, məişəti, mədəniyyəti haqqında təhqiramiz halda çıxış edir. Qazaxların sivlizasiyadan uzaq toplum olaraq yurtada – çadırda yaşamasını, dombra çalmasını ələ salır…

Təqdim etdiyimiz bu video dünya hegomonluğuna iddia edən bu xəstələrin başqa xalqlara necə yanaşdıqlarını ortaya qoyur:

Share: