Ermənistanda ölənlərin xatirəsi belə yad edilir…

Ermənistanda “Yerablur” hərbi panteonundan məzar daşı oğurlanıb.

Yerli KİV-lər məlumat verir ki, hadisə dünən baş verib.

Naməlum şəxslər Ermənistan milli qəhrəmanı Narek Gevorkyanın məzarını dağıdıb. Məzar daşı, sütunlar və skamyalar sökülərək oğurlanıb. Narekin atası Roman Gevorkyan, bildirib ki, ötən gün axşam  məzar daşı yerində idi. “Vandallar hər şeyi söküb oğurlayıblar”, – o şikayət edib.

O bildirib ki, bununla bağlı hökumət binasının qabağında etiraz aksiyası keçiriləcək.

Qeyd edək ki, bu, Ermənistanda son illər ərzində ilk belə insident deyil; 2019 -cu ildə naməlum şəxslər ölən əsgərlərin məzar daşlarına mənşəyi bilinməyən bir maye töküblər. Bununla əlaqədar qadın saxlanılıb.

Müstəqil.Az

Share: