Əfqanıstanda İtaliyaya məxsus təyyarə atəşə tutuldu

Əfqanıstan vətəndaşlarını daşıyan təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra atəşə tutulub.

Müstəqil.az xarici mətbuata istinadla bildirir ki, Əfqanıstanın paytaxtı Kabildən havaya qalxan İtaliyaya məxsus təyyarə atəşə məruz qalıb.

İtaliya Müdafiə Nazirliyindəki mənbə hadisəni təsdiqləyib. Hadisə zamanı təyyarəyə ziyan dəymədiyi vurğulanıb.

Təyyarədə səyahət edən bir italyan jurnalist bildirib ki, təyyarədə təxminən 100 Əfqanıstan vətəndaşıı olub.(Publika.az)

Share: