Ermənilərin Qubadlıda hərbçimizə hücumu ilə bağlı AÇIQLAMA

Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan Azərbaycan əsgərinə qəfil hücum edib. İki erməni hərbçi ilə əlbəyaxa döyüş zamanı əsgər Ruslan Şirəliyevə sinə nahiyəsindən süngü ilə zərbə endirilib. Erməni hərbçilər cinayəti törədərək meşəlik əraziyə doğru geri istiqamətdə qaçıblar.

Ombudsman Aparatından Publika.az-a verilən məlumata görə, Ermənistan tərəfinin davamlı olaraq insan həyatına qəsd etməklə və sərhəddə vəziyyəti gərginləşdirməklə yeni münaqişə ocaqları yaratmaq məqsədi güdən bu cür çirkin təxribatlarını qəti şəkildə pisləyir, beynəlxalq hüquqla və üç tərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri dərk etməli olduğunu xatırladırıq.

Müstəqil.Az

Share: