Sözü böyük Şair – Təbrik

Möhtəşəm Azərbaycan poeziyasının öz yolu, öz dəsti-xətti olan güclü nümayəndələrindən Nurafiz Hüseynov un doğum günüdü! ?

Onunla ilk dəfə gözəl şairimiz Qafarlı Zirəddinın övladının toyunda qarşılaşdım. İmzasını çoxdan tanıdığım və dövrü mətbuatda yayımlanan bütün şeirlərini sevə-sevə oxusam da o günə qədər özü ilə tanış olmaq imkanım olmamışdı. Çünki Şair şablon, bir-birinin təkrarı olan, bir-birini təqlid edən, təqdim olunan kitabın içəriyindən xəbərsiz olan insanların – ‘mən də danışım’, (əslində özünü ətrafa göstərmək) amacı ilə düzənlənən təqdimatlara qatılmaz, içindəki duyğuları qələminin ucu ilə kağızlara tökməklə kifayətlənərdi. Həmin o toy mərasimində yanımda oturan insanın kimliyini bildikdə ixtiyarsız olaraq səsləndim – “ədəbiyyatda sözü olub, özü olmayan böyük şair’ – dedim.
Hər hansı janrda yazır-yazsın Nurafiz poeziyasının kökündə bayatı, layla, oxşama, ağı duyulur. Sərbəst şeirlərində belə bu havanı, bu əhvalı, bu ruhu duymaq çətin deyil. Onunla etdiyim söhbətlərdən – hər asanlıqla həmsöhbət olmaz insanlarla – yazdığı, hər biri bir ədəbiyyat nümunəsi olan şeirlərinin doğuluşunun bədahətən olduğunu bilirəm. Çox zaman yol gedərkən yaranan bu əsərlərin gəlişi bəzən elə gözlənilməz olurmuş ki, şairin o an onları yazmağa belə imkanı olmadığlndan yalnız beyninin bir kənarına qeyd edir. Ürəyindən süzülüb beyninin bir qatında bəzən günlərlə qalıb tam “bişən’ bu şeirlərə şairin bütün ruhunu qatdığı açıq-aydın hiss olunur.
Şairin süjetli şeirlərini oxuyanda şirin bir nağıl oxuduğun düçüncəsinə qapılırsan. Azərbaycan tükkcəsinin ən şirin, ən doğma çalarlarında oxuculara təqdim olunan şeirləri oxucu oxuduqca özü yazmış təsəvvürünə qapılır…
Gözəl qələm sahibi Nurafizi doğum günü vasitəsilə təbrik edir, yaradıcılığında və şəxsi həyatında uğurlar arzulayıram.
Təranə MUSAYEVA
Share: