Parlamentin növbədənkənar sessiyası başa çatdı

Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb.

 

Modern.az xəbərinə görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbədənkənar sessiyanın iclasında bir məsələ müzakirə olunaraq qəbul edilib.

 

Toplantıda Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilib. Bununla da parlamentin növbədənkənar sessiyası işini başa vurub.

 

İclas Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

 

Share: