Patı – var olmaqla, olmamağın sərhəddi – Jalə Mütəllimova yazdı

PAT(I) olduq…

Patı…işsizlik…

Patı…cahillik…

Patı…bekarçılıq…
Patı…savadsızlıq…
Patı…əlacsızlıq…
Patı…xaraktersizlik…
Patı…məcburiyyət…
Patı…pozulan həyat…
Patı…ölməyin qısa yolu…
Patı…fiziki zəlillik…
Patı…acizlik…
Patı…cəzasızlıq…
Patı…gələcəyin sonu…
Patı…asudə vaxtın təşkil edilməməsi…
Patı…ideolojidəki boşluqlar…
Patı…milli genefondun məhvidir!
Patı…övladları yetim qoyan…
Patı…valideynləri acizləşdirən…
Patı…əxlaqsızlıqdır!
Patı…acın da, gicin də, bicin də ortaq nöqtəsidir!
Patı…qazanc…
Patı…çirkli iş yeri…
Patı…siyasət…
Patı…biznes…
Patı…təsir vasitəsi…
Patı…düşmən aləti…
Patı…gəlir…
Patı…nəfsin ağası, PULdur!
Bir də patı, var olmaqla, olmamağın sərhəddidir artıq Azərbaycanda!
Patı…patı…bir də çoxdankı məsuliyyətsizliklərin nəticəsidir. Ürək eləyib demək də olmur bəzən. Hamı küsür, inciyir, xəbər yollayır, trol göndərir, söydürür, ağıl verir, xəbərdarlıq edir, hədələyir…
Indi şahmat lövhəsinə bənzəyir ölkə. Pat(ı)-şahmat dilində çıxılmazlıq, dalana dirənmək deməkdir axı. Yəni demək istədiyim o ki, bu patı(nı) ölkəyə gətirənlər utansın bir az da. Çünki insanlar yorğundur bu ölkədə hərkəsin əvəzin utanıb, problemlər yaşayıb, pat(ı) olmaqdan!
Jalə Mütəllimova
31.07.2021.
Share: