Aysel Kərim “Azərkitab”ın mətbuat katibi təyin edildi

Müstəqil.Az bildirir ki, Gənc şair, bəstəkar Aysel Kərim “Azərkitab Kitab Təbliği Mərkəzi”nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin edilib.

Qeyd edək ki, Aysel Kərim iki dəfə Prezident təqaüdçüsü, Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Gənclər mükafatçısıdır. Həmçinin bir çox beynəlxalq mükafatlar laureatıdır.

Milli Konservatoriya nəzdində Musiqi Kollecinin məzunu ( pianoçu ) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu (musiqişünas, bəstəkar) Bakı Slavyan Universitetinin yaradıcılıq fakultəsinin məzunudur.(ədəbi işçi)

Onun müəllifi olduğu əsərləri xalq artistlər və əməkdar artistlər ifa edir. Alim Qasımov&Fərqanə Qasımova, Brilliant Dadaşova, Fidan Hacıyeva, Cahangir Qurbanov, Gülüstan Əliyeva, Mətanət İsgəndərli, Nüşabə Ələsgərli kimi sənətkarlar ifa edib. Həmçinin sözlərinə bəstələnən əsərlər Lalə Məmmədova, vokalçı Fərid Əliyev və s. tərəfindən səsləndirilib.

Aysel Kərim "Azərkitab"ın mətbuat katibi təyin edildi



Share: