Sevgi O’dur… – Ləman

Sevgi özündə hər şeyi barındırır:dostluq,güvən,paylaşım və bunların ahəngindən yaranan xoşbəxtlik. Sevgi hər şeyə bədəldir. Sevgi yalnizca 2insan arasındakı münasibətin adı deyil. Sevgi – həyatın yaşam,ölümün geri dönüşüm olduğu demekdir.
Aldığın nəfəs, sevgi- verdiyin nəfəs deməkdir. Verdiyin nəfəs də bir paylaşımdır bitkilərə. Bu paylaşım dostluq,güvən və xoşbəxtlik gətirər verənə və alana.
Sevgi olma, var olma halıdır. Sevgi ölümdür, O’na geri dönüşüm.
Sevgi nə deyil ki?,
Sevgi küləyin əsməsi,yağışın yağması,günəşın qızmarıdır.
Sevgi bəzən güclü fırtına,sel ,
Sevgi bəzən,güclü zəlzələ deməkdir
Sevgi, ildırımın çaxması,gecənin zülməti,səhərin aydınlığıdır
Sevgi bəzən də ağacdan düşən sararmış,işə yaramaz dediyimiz yarpaqdır. Ancaq o, torpaqdan yenidən gözəl bitkilərin çıxması üçün geri dönüşümdür.
Sevgi yaşamaq sənətidir. Sevgi bərabərliyində ölə bilmək deməkdir. Ilahi eşq yolunda yana bilmək deməkdir.
Sevmək üçün sadəcə hiss etmək və “an”da olmaq gərək. Nifrət hər zaman keçmiş narazılıqlar və gələcək həsədlərdən qidalanıb yaranarkən ,sevgi ən bəsiti vĕ ən yüksəyidir.
Sevgi palçıq və günəş şüasından yaranan Lotus çiçəyidir. Sevgi simyadır.Sevgi O’dur.
Yazıçı ,jurnalist Ləman
Müstəqil.Az
Share: