Şair Aysel Xanlarqızı “Karantin boşluğu” və “Darıxan şeirlər”i təqdim etdi – FOTO

7 iyul, 2021-ci il şair Aysel Xanlarqızı Səfərlinin “Karantin boşluğu” və “Darıxan şeirlər” adlı kitablarının təqdimatı keçirildi.

Ayar.Az xəbər verir ki, təqdimat  “Azərkitab” kitab təbliğat mərkəzində keçirilib.
Təqdimatda Millət Vəkilləri Sabir Rüstəmxanlı və Jalə Əliyeva da iştirak ediblər.
Tədbirdə həmçinin tanınmış şairlərdən Ayaz Arabaçı, Süleyman Abdulla, İlqar Türkoğlu, Zəka Vilayətoğlu, Naringül Nadir, Nəcibə İlkin, Adilə Nəzər, Rəbiqə Nazimqızı, Əyyub Qiyas, Elvin Əlizadə, Nuridə Misir, Aybəniz Qaragilə Qafarlı, Aləmzər Sadiqqızı, İlqar Rəsul,Miri Rəsulzadə,Orxan Saffari,Eminquey Akif, Elçin Mirzəbəyli, Aydın Arslan,Vasif Süleyman və.s iştirak ediblər.

Tərbirdə çıxış üşün ilk söz Millət Vəkili,xalq şairi Sabir Rüstəmxanlıya verildi. Millət vəkili kitabın ön söz müəllifi kimi  öz fikirlərini bildirdi, Aysel xanıma yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Sonra müəllifin şeirlərinə hazırlanmış video roliklər nümayiş olundu. Millət Vəkili Jalə Əliyeva da müəllifin yaradıcılığı ilə əlaqədar fikirlərini bölüşdü, uğurlar arzuladı. 2 saat sürən tədbirdə bir-birindən maraqlı çıxışlar oldu və müəllifin şeirləri oxundu.

Qeyd edək ki, Aysel Xanımın həyat yoldaşı ,şair Səfa Rəşid uzun müddətdən sonra İspaniyadan gəlmişdi və təqdimatda iştirak edən qonaqlara öz kitablarından hədiyyə etdi.

Tədbir iştirakçılarından aldığımız məlumata görə, təqdimat pandemiya qaydalarına uyğun şəraitdə keçirilib. Bütün iştirakçılar təqdimatdan çox məmnun qalıblar.

Sonda tədbir iştirakçıları kitabları müəlifə imzalatdırıb xatirə şəkili çəkdirdilər.
Müstəqil.az






Share: