Van Dammın oğlunun yeni GÖRÜNTÜLƏRİ YAYILDI: SAZ İLƏ… – FOTO

Van Dammın kiçik oğlu Nikolas azərbaycanlı musiqiçi Suada Hacızadə ilə evlənən qardaşını instaqramda təbrik edib.

Publika.az xəbər verir ki, məşhur aktyorun kiçik oğlu İstanbul körpüsünün fonunda əlində türk sazı ilə çəkilən fotosunu paylaşıb. Postuna Azərbaycan bayrağını qeyd edən Nikolas “Ailəmizə xoş gəlmisən, Suada” yazıb.

Qeyd edək ki, Van Dammın böyük oğlu aktyor Kristofer Van Damm azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailə həyatı qurub. Suadanın atası Elxan Hacızadə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olub.

Share:

Author: admin