“ERMƏNİLƏR” TANINMIŞ ŞAİRİN SƏHİFƏSİNİ VİKİPEDİYADAN SİLDİLƏR

Zaman-zaman belə hallarla rastlaşsaq da bu hadisənin qeyri-adiliyi ondadır ki, bu dəfə Vikipediyanın Azərbaycan seqmentində baş verib. Beləki, tanınmış şair Zaur Ustac haqqında Azərbaycan dilində olan məqalə silinib.
Zaur Ustac “Müstəqil.az”a bu barədə açıqlamasında belə dedi: – “İlk öncə onu bildirim ki, mən özüm də elə Zaur Ustac adı ilə vikipediya istifadəçisiyəm. Adətən oxuduğum mətinlərdə rastlaşdığım kobud səhvləri redaktə edirəm. Hardasa 2015-ci ildən ənənəvi olaraq Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun doğum və anım günlərində mənim haqqımda olan “Zaur Ustac” məqaləsinə və Mübariz İbrahimov haqqında olan kitabın – “Oriyentir Ulduzu” məqaləsinə kiçik müdaxilələr olurdu. Bu müdaxilələrin qarşısı vaxtında Vikipediyanın Azərbaycan seqmentində fəqliyyət göstərən idarəçilər tərəfindən alınırdı. Bu dəfə vəziyyət bir az fərqli oldu. Mübariz İbrahimovun anım günlərində (17-18 iyun) müxtəlif sosial şəbəkələrdə onunla bağlı, “Oriyentir Ulduzu” kitabından müəyyən parçalar paylaşdıqdan sonra artıq ötən illərdən öyrəşdiyimiz ənənəvi hücumlar başladı. Üstəgəl mediyada gündəm olmuş “Səringül və Təyyarə bacıları” (bu qəbirlər mənim dogma xalalarıma məxsusdur) haqqında məlumatları da sürəkli paylaşmağım yəqin bu məsələni biraz da körükləmiş olmalı ki, ya ermənilər, ya da onların təəssübkeşləri qəti hücuma keçərək “Zaur Ustac” məqaləsi ilə bağlılığı olan “Yusifcanlı kənd orta məktəbi”, “Yusifcanlı kəndi” məqaləsindən tarix (işğalla bağlı) bölümünü, Yusifcanlı kəndindən olan əfsanəvi döyüşçü – Səringül və Təyyarə bacılarının dogma əmisioğlu Qəhrəmanov Eldarın qızı Kəmalə Qəhrəmanova haqqında olan “Kəmalə Qəhrəmanova” məqaləsini heç bir əsas göstərilmədən sildilər. Bu azmış kimi digər bağlılığı olan “Oriyentir Ulduzu” , “Ziyadar Mükafatı” və “Səringül və Təyyarə bacıları” adlı məqalələri silinməyə namizəd məqalələr kateqoriyasına aid etdilər. Hansı məsələ bunlara necə od qoyubsa, bütün bunlarla ürəkləri soymayıb uzun illərdir (2015 –ci ildən belə mövsümü müdaxilələri nəzərə almasaq, kiçik redaktələrlə stabil) mövcudluğunu sürdürən, hər cümləsi mötəbər mənbələrə istinad edən, müddətsiz mühafizə altında olan “Zaur Ustac” məqaləsini də siliblər. Bu məsələ bax belə baş verib. Qeyd edim ki, Vikipediyanın Azərbaycan seqmentində fəqliyyət göstərən idarəçilər tərəfindən məsələ araşdırılır. Yəqin ki, tezliklə öz həllini tapacaq.”
Xatırladaq ki, AJB üzvü, tanınmış şair-publisist Zaur Ustac ədəbi yaradıcılığının 30 illiyi münasibəti ilə ”Qızıl Qələm” mediya mükafatı (2018), il ərzində hərbivətənpərvərlik mövzularında şeirləri ilə müxtəlif KİVdə müntəzəm çıxışına görə “İlin Vətənpərvər Şairi” media mükafatı (2019), AVMVİB-nin üzvü kimi isə “Müharibə veteranı”, “Milli Ordu -100” və “AVMVİB-25 il” medalları ilə təltif olunmuşdur.
Müstəqil.AZ
Share:

Author: admin