“Instagram”da uzun zamandır gözlənilən yenilik

 

“İnstagram” sosial şəbəkəsi istifadəçilərin fərdi kompüterdən öz profillərinə yazı yerləşdirməyi təmin edəcək funksiyanı sınaqdan keçirir.

“Bloomberg” agentliyi xəbər verir ki, bu barədə “Facebook”un mətbuat katibi və “İnstagram”ın sahibi Kristin Pay məlumat yayıb.

“Biz bir çox istifadəçimizin “Instaqram”a kompüterdən daxil olduğunu bilirik. Bu prosesi yaxşılaşdırmaq məqsədi ilə fərdi kompüterdəki brauzerdən “Instagram”a yazı yerləşdirməyi testdən keçiririk”, – deyə K.Pay vurğulayıb.

Mütəxəssislər hesab edir ki, şirkətin bu qərarı hazırkı rəqabət şəraitində platformanın daha genişmiqyaslı inkişaf planın bir hissəsidir.

Share:

Author: admin