“Deputatsansa, söyülməlisən”

“Deputatsansa, söyülməlisən”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli narahatlığını ifadə edərkən deyib:

“Mən təklif edirəm ki, 2021-ci ilin dövlət büdcəsinə yenidən baxılsın, bəzi sahələrə ayrılan vəsaitin artırılması gözdən keçirilsin. Biz çatışmazlıq olan məqamları qeyd edirik, amma bəzən birmənalı qarşılanmır. Xalq isə söyüş söyənlərə daha çox əhəmiyyət verir. Kimsə fərqli çıxış edəndə deyirlər ki, öyrədilib.
Populist çıxışlar edənlər daha çox diqqət cəlb edir”.

T.Kərimli deyib ki, neftin qiyməti büdcədə nəzərdə tutulandan xeyli artıb:

“Büdcəyə yenidən baxmaq olardı. Nə üçün hökumət buna getmir? Milli Məclisə niyə təklif vermir? Yaxşı olardı ki, büdcəyə yenidən baxaq, pensiya, maaş, sosial müavinəti artıraq. Neftin qiyməti artıb. Mən bu təkliflərlə çıxış edirəm, mənə diletant deyirlər. Kompleks məsələlərin islahatlar çərçivəsində həllinə tərəfdaram. Büdcə yenidən baxılsa, artımlar olsa, yaxşı olar”.

 

 

Müstəqil.Az

Share: