Azərbaycanda tikiləcək PUA zavodu ilə bağlı Türkiyədən İLK AÇIQLAMA

“Türkiyə ilə Azərbaycan arasında yeni iş birliyi layihələri çərçivəsində ortaq pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün zavodun tikintisi üzərində iş aparılır”.

Müstəqil.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Müdafiə Sənayesi naziri İsmail Dəmir deyib.

“Türkiyə ilə Azərbaycan bir-birini tamamlayacaq və gücləndirəcək əməkdaşlığa doğru gedir. Madam ki, Azərbaycanla bağlı “bir millət, iki dövlət” deyirik. Elə də davranmağın vacib olduğunu düşünürük. Orada bir PUA zavodunun yaradılması üçün mənbələrimizdən çox səmərəli istifadə etməliyik”, – deyə nazir bildirib.(Publika.az)

 

Share:

Author: admin