Seçkilərin ilkin rəsmi nəticəsi açıqlandı: Lider kimdir?

Ermənistanda seçkilərin ilkin nəticəsi açıqlanıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə Teleqram kanalları Mərkəzi Seçki Komissiyasına istinadla məlumat yayıb.

Hazırda 2008 seçki məntəqəsindən 176-da seçki bülletenləri sayılıb. 176 seçki məntəqəsinin nəticələri belədir:

1. Mülki Müqavilə Partiyası (Paşinyan) – 29.937 səs (63,4%)

2. “Ermənistan” Bloku (Köçəryan) – 8.221 səs (17,5%)

3. Çiçəklənən Ermənistan (Çarukyan) – 1974 səs (4,2%)

4. “Şərəf Duyuram” bloku (S.Sərkisyan) – 1.871 səs (4%).

Qeyd edək ki, Ermənistan və Rusiya mediası təxminən 80 məntəqənin nəticəsinə əsasən Nikol Paşinyanın Mülki Müqavilə Partiyasının 58,04, Köçəryanın “Ermənistan” blokunun isə 22,01 faiz səs topladığını yazıb.

Müstəqil.Az

Share: