FHN Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başladı

Fövqəladə Hallar Nazirliyi Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb.

Müstəqil.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Share:

Author: admin