Gülüstan Sarayı yaxınlığında yanğın – Video

Bu gün Bakıda axşam saatlarında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Gülüstan Sarayının yaxınlığında, Teymur Elçin küçəsində qeydə alınıb.

Otlaq ərazidə baş verən yanğın FHN-in yanğınsöndürənləri tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Səbail rayonu, Bayıl qəsəbəsində dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində təqribən 500 m² sahədə quru ot və kol-kos yanıb.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində söndürülüb. Ətraf ərazilər yanğından mühafizə olunub.

 

Share: