Cənubi Koreya Yaponiya ilə mübahisəli ərazidə təlimlərə başladı

 

Cənubi Koreya ilə Yaponiya arasındakı diplomatik problemlərdən olan mübahisəli Dokdo adaları iki ölkə arasında böhran yaradıb.

Cənubi Koreya mətbuatında yer alan xəbərlərə görə, Seul Tokionun Takeşima adlandırdığı və üzərində haqqını tələb etdiyi adaların sahilində hərbi təlimlərə başlayıb.

Yaponiya diplomatik kanallar vasitəsilə təlimlərə etiraz edib və Cənubi Koreyanı buna son verməyə çağırıb.

Dokdo adaları Cənubi Koreyanın nəzarətində olsa da, Yaponiya ərazinin öz sərhədləri daxilində və torpaqlarının bir hissəsi olduğunu iddia edir.

Mübahisəli Dokdo adaları iki ölkə arasındakı diplomatik problemlər arasında öndə gəlir.

Share:

Author: admin