Ermənistanda Paşinyan əleyhinə qeyri-adi aksiya keçirilib

Ermənistanın müxalif “Adekvat” hərəkatının fəalları ötən gün paytaxt Yerevanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan əleyhinə qeyri-adi aksiya keçiriblər.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, hərəkatın fəalları hökumət binasının qarşısında yerə “Antinikol” sözlərinin yazıldığı plakatlar yapışdırıblar.

“Əvvəlki aksiyanı Vətəndaş Razılaşması Partiyasının (Nikol Paşinyanın rəhbəri olduğu siyasi təşkilat – red) qərargahı qarşısında keçirdik. Bundan sonra vətəndaşlar bizə müraciət edərək, “antinikol” sözlərinin yazıldığı plakatları verdilər”, – aksiyanın fəallarından biri bildirib.

Polis aksiya iştirakçılarının plakatlarını cırıb.

Share: