Ramiz Əzizbəyli “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

Ötən gün vəfat edən Xalq artisti Ramiz Əzizbəylinin dəfn olunacağı yer məlum olub.

Bu barədə “Qafqazinfo”ya sənətkarın yaxınları məlumat verib. Bildirilib ki, aktyorun nəşi Qaradağ (“Qurd qapısı”) qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, R. Əzizbəyli bir müddət əvvəl koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilmişdi. Onun eyni zamanda infarkt keçirdiyi açıqlanmışdı.

Bundan əvvəl isə Xalq artisti üç dəfə insult keçirmişdi. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkirdi. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi.

Share: