Bu gündən “Mall”lar açılır

Bu gündən başlayaraq iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir. 

​“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

Ticarət mərkəzləri də fəaliyyətini pandemiya şəraitinə uyğun təşkil edəcək. Burada da müvafiq tələblər tətbiq olunacaq. Bunlara maska, məsafə, dezinfeksiya tədbirləri daxildir.

Qeyd edək ki, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisnadır.

Share: