Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks ertdirmir.

“AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır. Həmkarlarımızı bir daha jurnalist etikası qaydalarına riayət etməyə, uydurma məlumatları yaymamağa və ucuz sensasiya ilə gündəmə gəlməməyə çağırırıq” – məlumatda qeyd edilib.

 

Müstəqil.Az

Share: