Tahir Salahovun nəşinin Bakıya gətiriləcəyi tarix açıqlandı – YENİLƏNDİ

 

“Tahir Salahovun nəşinin sabah Bakıya gətiriləcəyini güman edirəm”.

Bu barədə Oxu.Az-a açıqlamasında Xalq rəssamı T.Salahovun bacısı Əməkdar incəsənət xadimi Zərifə Salahova deyib.

10:28

Bu gün vəfat edən Xalq rəssamı Tahir Salahovun nəşi Azərbaycana gətiriləcək.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının xalq rəssamı,  Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov məlumat verib.

T.Salahovun bacısı Zərifə Salahova saytımıza açıqlamasında bildirib ki, qardaşı iki gün öncə müalicə üçün Berlinə gedib.

Z.Salahova dahi rəssamın Birinci Fəxri xiyabanda dəfn olunacağını bildirib.

 

 

 

Müstəqil.Az

Share: