Azərbaycan Qaragöldə tikinti işlərinə başladı – Erməni KİV

Azərbaycanla Türkiyəni birləşdirən dəhlizlərdən biri Qaragölün yaxınlığından keçəcək.

Müstəqil.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

“Bununla əlaqədar olaraq Qaragöl Azərbaycan Ordusunun hədəflərindən biridir. Burada artıq təxminən 1000-ə yaxın Azərbaycan hərbçisi yerləşib”, – deyə məlumatda iddia edilib.

Qəzet Azərbaycanın artıq dəhlizin tikintisi üçün qrunt yolun çəkilişinə başladığını da vurğulayıb

Share: