Dünyanın ən məşhur qayası- “Darvin Tağı” çökdü – FOTO/VİDEO

 

Dalğıclar arasında populyar olan Qalapaqos adalarındakı “Darvin Tağı” qayası çöküb.

“İnterfaks”ın məlumatına görə, bu barədə Ekvadorun Ətraf Mühit Nazirliyi xəbər yayıb.

Qurum çökmənin səbəbini təbii eroziya ilə izah edib.

Tağ 234 adadan və ayrı-ayrı qayalardan ibarət arxipelaqın bir hissəsi olan Kulpepper adasından təxminən 1 km məsafədə yerləşir. Bu adaların dördü yaşayış üçün əlverişlidir, ümumilikdə təxminən 30 min insan yaşayır.

Qalapaqos adaları Ekvadora aiddir və Ekvadorun materik hissəsinin 1000 km-də yerləşir.

Adalar çoxsaylı flora və faunası ilə tanınır. 19-cu əsrdə adalar məşhur ingilis alimi Çarlz Darvin tərəfindən tədqiq edilib.

Share: