Agentlik: Paxtaxtın Nizami rayonunda piyada səkisi zəbt olunub

Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal paytaxtın Xətai rayonunun Xudu Məmmədov küçəsində qeydə alınıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumatda deyilir: “Hər bir belə qanunsuz hal tərəfimizdən aşkar edilərək aradan qaldırılması üçün zəruri addımlar atılır. Vətəndaşlardan xahiş edirik ki, səkilərin zəbt olunması halları ilə rastlaşdıqda bu barədə Bakı Nəqliyyat Agentliyinə məlumat versinlər. Həmçinin bu cür qanunsuz əməllərə yol verənləri ictimai qınağa çəkməyə çağırırıq”.

Müstəqil.Az

Share: