İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı verdilər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova başsağığı veriblər.

Müstəqil.Az  bildirir ki, başsağlığında deyilir:

– Hörmətli Rüstəm Nurqaliyeviç.

Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.

Bu əvəzedilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirik.

Müstəqil.Az

Share: