Ağcabədidə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Müstəqil.Az-a bildiriblər ki, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Avşar kənd sakini Siyasət Məmişov saxlanılıb. Onun meşə zolağında narkotik tərkibli bitkilər əkdiyi müəyyən edilib. Həmin əraziyə baxış keçirilən zaman 210 ədəd çətənə bitkisinin kolları aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müstəqil.Az

Share: