Bakıda oğurluq edən bacılar tutulub

Bakıda oğurluq edən bacılar saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Müstəqil.Az -a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 4 nəfərin çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar D. Ağammədova və bacısı F. Ağammədova saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az 

Share: