Ədəbiyyat İnstitutunun alimləri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş tədbirdə çıxış ediblər

 

 

        Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.

Ağstafa Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və İdarənin tabeliyində fəaliyyət göstərən Qazax, Tovuz və Ağstafa Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən onlayn tədbirdə millət vəkilləri Ülviyyə Ağayeva, Nizami Cəfərov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli ilə yanaşı, Ədəbiyyat İnstitutunun alimləri məruzə ilə çıxış ediblər. İnstitutun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent, “Ədəbiyyat qəzeti”nin ədəbiyyatşünaslıq şöbəsinin müdiri, YAP idarə heyətinin üzvü Elnarə Akimova, Azərbaycan – Türkmənistan – Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Almaz Ülvi və Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Gülnar Qasımlı Heydər Əliyevin Azərbaycan mədəniyyəti və ədəbiyyatı sahəsində böyük xidmətlərindən danışıblar.

Tovuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanovanın aparıcılığı ilə reallaşan tədbirdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova və Qazax  rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyat və siyasi fəaliyyətindən bəhs ediblər.

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Müstəqil.Az

 

Descripción no disponible.

Descripción no disponible.

Descripción no disponible.

Descripción no disponible.

Share: