“Space”in yeni rəhbərindən İLK AÇIQLAMA: Sabahdan…

“Bu təyinat mənim üçün bir az gözlənilməz oldu”.

Bunu Publika.az-a açıqlamasında “Space” televiziyasına bu gün rəhbər təyin olunan ADA Universitetinin dosenti Ülviyyə Mikayılova deyib.

O bildirib ki, yaxın vaxtlarda görəcəyi işlərlə bağlı açıqlama verəcək:

“Hələ ki, “Space” televiziyasında hansı işlərin görüləcəyi ilə bağlı nəsə danışmaq tezdir. Məni təzəcə təyin ediblər. Mən hələ televiziyadakı işlərlə tanış olmalıyam. Allah qoysa, işlərlə tanış olandan sonra bu barədə danışaram. Kollektivlə tanış olmuşam. Hələ ki, ötəri oldu. Sabahdan kollektivlə daha yaxından tanış olmağa başlayacağam. Artıq “Space”dəyəm, buradayam”.

Qeyd edək ki, 1959-cu ildə anadan olan Ülviyyə Mikayılova həm də Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

Share: