25 yaşlı qadın birdəfəyə 9 uşaq dünyaya gətirdi… – FOTO

Afrikada yerləşən Mali ölkəsinin sakini 25 yaşlı Halima Sisse bir doğuşda 9 körpə – 5 qız və 4 oğlan uşağı dünyaya gətirib.

 

Müstəqil.az xəbər verir ki, bu barədə France-Presse agentliyi məlumat yayıb.

 

Malinin Səhiyyə Nazirliyi ana və körpələrin vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

 

Məlumata görə, ana və körpələrin vəziyyətini ölkə prezidenti Ba Ndau nəzarətə götürüb.

Share: