Vilayət Quliyevdən Şuşa şəhəri ilə bağlı maraqlı təklif

 Azərbaycanın Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev Şuşada Qarabağın ən böyük kitabxanasını yaratmağı təklif edib. Səfir yaradılacaq kitabxanaya töhfə vermək istədiyini də bildirib.

Müstəqil.az-ın məlumatına görə, V.Quliyev bununla bağlı bildirib:

“Şuşa Mərkəzi kitabxanasına- ümid edirəm ki, gündəlikdədir- Azərbaycan, türk, rus, ingilis dillərində 1000 ədəd kitab hədiyyə etmək istəyirəm. Gəlin, Azərbaycanın mədəniyyət mərkəzi Şuşada Qarabağın ən böyük və zəngin kitabxanasını quraq…”.(Modern.az)

Share:

Author: admin