Salyanda şəhidlərin xatirə kompleksi açılıb

Salyan rayonunun Çuxanlı kəndində şəhidlərin Xatirə Kompleksinin açılışı olub.

Müstəqil.Az  xəbər verir ki, kompleksdə kəndin şəhidləri haqqında məlumat və foto yerləşdirilib.

Açılış mərasimində rayon rəsmiləri, yerli sakinlər – məktəblilər və şəhidlərin yaxınları iştirak edib.

Qeyd edək ki, Çuxanlı kəndi I Qarabağ və Vətən müharibəsində 7 şəhid verib.

Müstəqil.Az

Share: