Rusiya Türkiyəyə aviareyslərin məhdudlaşdırılmasına görə 6-7 milyard rubl itirəcək

Rusiyanın aviasiya bazarı Türkiyəyə uçuşların məhdudlaşdırılmasından 6-7 milyard rubl (9 milyon 429 min dollar) vəsait itirəcək.

Müstəqil.Az xəbər verir ki, bu fikri Rusiyanın “Vnukovo” hava limanının sahiblərindən biri Vitali Vantsev jurnalistlərə bildirib.

O qeyd edib ki, aviasiya bazarı ay yarım ərzində 6-7 milyard rubl vəsait itirəcək. May ayı kurort mövsümünün qızğın çağı olmadığından, ən böyük itkilərin isə iyun-iyul aylarına təsadüf edəcəyi gözlənilir.

Xatırladaq ki, Rusiya koronavirus pandemiyası ilə əlaqədar aprelin 15-dən iyunun 1-dək Türkiyəyə aviauçuşları məhdudlaşdırıb.

Müstəqil.Az

Share: