Rusiyada heyvanlar üçün koronavirus vaksini qeydiyyata alındı

Rusiyanın “Heyvanların Sağlamlığının Mühafizəsi Federal Mərkəzi” heyvanlar üçün koronavirusa qarşı vaksin istehsal edib. İlk vaksin partiyası 17 min doza təşkil edib.

Qeyd olunur ki, “Karnivak-Kov” vaksini ilkin olaraq ayda 3 milon doza həcmində buraxılacaq. Vaksin ev heyvanları və digər heyvanlar üçün profilaltika xarakter daşıyır.

Bu, dünyada heyvanlar üçün qeydiyyata alınan ilk koronavirus vaksinidir.

Müstəqil.Az

Share: