Sabahdan hava dəyişir: yağış yağacaq, dolu düşəcək…

Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq yayıb.

Xidmətdən Müstəqil.Az-a bildirilib ki, Bakıda mayın 1-i, Abşeron yarımadasında isə mayın 2-si arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 3-ü gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Müstəqil.Az

Share: